Yaralı əsgərlərlə bağlı yeni xəbər
Bildirilib ki, xəsarət alan şəxslərin müalicəsi diqqət mərkəzindədir və yerlərdə bunun üçün lazımi şərait yaradılıb. Yaralıların qısa vaxt ərzində sağalıb ayağa qalxmaları üçün bundan sonra da zəruri tədbirlər görüləcək və bütün imkanlardan istifadə olunacaq.
Zərər çəkmiş şəxslərin müalicəsi davam edir. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hazırda bütün bölgələrdə, xüsusən sərhəd rayonlarında yerləşən səhiyyə müəssisələrində yüksək səviyyədə tibbi yardım göstərilməsi üçün hər cür şərait var. Mövcud vəziyyətlə əlaqədar əlavə dərman preparatları və sarğı materialları ehtiyatı yaradılıb. Eyni zamanda, sərhəd bölgələrində müasir standartlara cavab verən tibbi avadanlıq və preparatlarla təchiz olunmuş diaqnostika mərkəzləri fəaliyyət göstərir.







Vaxtında, Aydın, Lazımlı!


