Azərbaycanda 600 minlik cinayət

Azərbaycanda 600 minlik cinayət
  14 Avqust 2014    Oxunub:2148
2014-cü ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdiriib.
AzVision.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 587 min manat olan qaçaq­mal, o cümlədən 3 ədəd pnevmatik tapança, 2 ədəd bıçaq, 2,365 qram civə, Rusiyaya aid olan 0,5 litrlik spirtli içkilər üçün 250 min ədəd saxta aksiz markası, 17 ədəd onluq qızıl pul, 4 ədəd beşlik qızıl pul, 1 ədəd qızıl saat, 405 ABŞ valyu­ta­sı, 310 ədəd pirotexniki vasitə, 2434 qutu siqaret, müxtəlif dərman preparatları və səna­ye malları saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti