İlham Əliyev Bərdəyə pul ayırdı

On min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,8 milyon (beş milyon səkkiz yüz min) manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
AzVision.az