Polis reyd keçirdi: 50 maşın saxlanıldı

Reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Avtomaşınlarından havaya buraxılan dəm qazının normadan artıq olduğu üçün 30 sürücü barəsində inzibati protokol tərtib edilib.
Reyd zamanı, həmçinin avtomobillərə əlavə avadanlıq quraşdıran, texniki baxışdan keçməyən nəqliyyat vasitələri, sürücülük vəsiqəsi olmadan avtomaşının idarə edilməsi faktları da aşkar edilib.
Təhlükəsizlik qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri saxlanılaraq cərimə meydançasına aparılıb.
Belə reydlərin cənub bölgəsinin digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.
Teqlər: