Hava əlverişsiz olacaq

Hava əlverişsiz olacaq
  15 Avqust 2014    Oxunub:2057
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 24-27, gündüz 33-37 dərəcə isti olcağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 15-17-də Abşeron yarımadasında isti temperatur diskomfortu fonunda durğun hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişsizdir.

AzVision.az


Teqlər:





Xəbər lenti