Türk deputat əsgərlərimizə ürək-dirək verdi

Türk deputat əsgərlərimizə ürək-dirək verdi
  15 Avqust 2014    Oxunub:1828
Türkiyə parlamentinin daha bir deputatı yaralı əsgərlərimizə baş çəkib.
AzVision.az-ın məlumatına görə, Milliyətçi Hərəkat Partiyasının üzvü, millət vəkili Sinan Oğan yaralı əsgərlərimizə baş çəkib.

“Azərbaycanda erməni hücumları nəticəsində yaralanan və müalicəyə gətirilən əsgər qardaşlarımızı ziyarət etdik. Onlara “keçmiş olsun” dedik və həm də hər mənada dəstək ola biləcəyimizi, onlarla bərabər olduğumu söylədik. Eləcə də, əsgərlərin həkimləri ilə də görüşüb, nəyəsə ehtiyacları olub-olmaması ilə maraqlandıq. Bundan başqa əsgərlərin Azərbaycandakı ailələri ilə də danışdım, övladlarının Türkiyədə etibarlı əllərdə olduğun çatdırdım”,-deyə S.Oğan qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə cəbhə cəttində ermənilərin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə göndərilib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti