ANS-ə görə 8 nəfər işindən oldu - VİDEO

ANS-ə görə 8 nəfər işindən oldu - VİDEO
  15 Avqust 2014    Oxunub:19570
“Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin “London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib.
Bu barədə AzVision.az-a sürücülər özləri məlumat veriblər.

Bildiriblər ki, ANS telekanalı bir müddət öncə “London taksi”lərlə bağlı reportaj hazırlayıb və efirə gedən kadrlarda sürücülərin görüntüləri əks olunub. Buna görə də, “Bakı Taksi” MMC-nin rəhbərliyi efirə gedən videoda görünən sürücüləri işdən çıxarıb.

Eləcə də, digər sürücülərə xəbərdarlıq edilib ki, heç bir KİV-ə şikayət xarakterli məlumat verməsinlər, əks halda işdən kənarlaşdırılacaqlar.

AzVision.az 8 sürücünün işdən çıxarılmasına səbəb olan videogörüntüləri təqdim edir:



Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti