Zakir Həsənov Qarabağı müzakirə etdi

Zakir Həsənov Qarabağı müzakirə etdi
  15 Avqust 2014    Oxunub:2231
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:



Xəbər lenti