Əli Kərimli və Cəmil Həsənli İsa Qəmbəri yenə saymadı
P. Hüseyn isə qeyd edib ki, tədbirə qatılması ilə bağlı AXCP sədri Əli Kərimli ilə danışıb: "Mən ona bildirdim ki, hüquq müdafiəçilərinin həbsi ilə bağlı tədbir keçiririk. O mənə dedi ki, bunları sonra müzakirə edərik, ancaq gəlib-gəlməyəcəyi barədə bir söz demədi".
Ə. Kərimlidən başqa, Milli Şuranın sədri Cəmil Həsənli də toplantıya qatılmayıb.
Qeyd edək ki, toplantıda Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VİP sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VAMBP sədri hacıbaba Əzimov, İslam və digər partiyaların nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, tədbir İ. Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə keçirilib.
Ə. Kərimli və C. Həsənli bundan əvvəl də eyni mövzuda keçirilmiş tədbirə qatılmamışdılar.(apa)







Vaxtında, Aydın, Lazımlı!


