Müsavat Əli Kərimlini qınadı, təşəkkür də etmədi

Müsavat Əli Kərimlini qınadı, təşəkkür də etmədi
  15 Avqust 2014    Oxunub:2921
Kim dəvətimizi qəbul edib iştirak edirsə, təşəkkür edirik. Kim iştirak etmirsə özü bilər...
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalifyönlü siyasi partiya rəhbərlərinin iştirakı ilə bəzi QHT təmsilçilərinin həbsi ilə bağlı tədbir keçirilib.Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə keçirilən tədbirə AXCP sədri Əli Kərimli və Mlli Şura sədri Cəmil Həsənli qatılmayıblar.

AzVision.az hər iki şəxsin tədbirə qatılmaması ilə bağlı Müsavatın Divan üzvü Tural Abbaslıdan münasibət öyrənib. Partiya rəsmisinin sözlərinə görə, bu tədbirə ancaq Müsavat Partiyasının tədbiri deyil:

“Bu həm Müsavat Partiyasının Mirmahmud bəylə birgə təşəbbüsü idi ki, partiyalar yığışsın və son həbslərlə qaşı mövqe bildirsin, müdafiə komitəsi yaratsın. Birinci tədbiri Mirmahmud bəy təşkil etdi, partiyalar iştirak etdi. Amma Əli bəylə, Cəmil bəy həmin tədbirdə yox idi. Bu gün isə növbəti tədbiri keçiririk. Ötən tədbirdə 10 partiya iştirak edirdisə, indi 11-12-ə yaxın partiyanın nümayəndələri və rəhbərləri gəldi”.

T.Abbaslı C.Həsənli və Ə.Kərimlinin tədbir niyə qatılmaması ilə bağlı onda məlumat olmadığını bildirib:

“Amma mən inanmıram ki, hansısa partiya bu məsələdə siyasi rəqabət anlayışından hərəkət eləsin, hansısa partiya ilə rəqabət aparıb öz mövqelərini möhkəmləndirmək istəsinlər. Bu tədbirdə Müsavat da daxil olmaqla, heç bir partiya siyasi ambisiya, maraq güdməməlidir. İndi kimdə iştirak edirsə, təşəkkür edirik. Kim iştirak etmirsə də, bu onun partiyasının şəxsi məsələsidir. Biz digər partiyaları analiz etmək niyyətində deyilik. Cəmiyyət görür, cəmiyyət qiymətləndirir. Hər bir partiya da içi Müsavat daxil, atdığı hər bir addıma görə cəmiyyət qarşısında hesabat verəcək”,-deyə Müsavatın Divan üzvü əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti