Hərbçi qəzaya düşdü: 1 nəfər öldü

Hərbçi qəzaya düşdü: 1 nəfər öldü
  16 Avqust 2014    Oxunub:1999
Bu gün saat 09:00 radələrində Lənkəran şəhərinin mərkəzində, Mir Mustafaxan küçəsində ölümlə nəticələnən avtoqəza baş verib.
Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin giziri Namiq Musayevin idarə etdiyi “MAZ” markalı maşın 4 yol ayrıcında velosipedlə hərəkət edən şəhər sakini, 53 yaşlı İsmayıl Nəsirovu vurub.

Velosipedçi aldığı xəsarətlərdən yerində keçinib. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya velosipedçinin diqqətsizliyi, işıqfora məhəl qoymadan hərəkətini davam etdirməsi səbəb olub.

Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb. Qəzanın baş verməsinin dəqiq səbəbləri aparılan araşdırmalar və avtotexniki ekspertizalar nəticəsində məlum olacaq (ANS).


Teqlər:  



Xəbər lenti