`Sərhədlər ciddi nəzarət altındadır` - Elçin Quliyev

Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü münasibəti ilə müsahibə verən Sərhəd Qoşunlarının komandanı indi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın quru və su sərhədləri bütövlükdə ciddi nəzarət altında olduğunu və sayıqlıqla qorunduğunu bildirib:
"Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların, ən müasir texniki vasitələrin istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırıb. Bu gün Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə, mükəmməlləşdirmə prosesləri uğurla davam edirsə, deməli sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə davam etməkdədir.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti şərəflə, ləyaqətlə xidmət edir, doğma Vətənimizin sərhədlərinin göz bəbəyi kimi qorunması naminə səy və bacarıqlarını əsirgəmir. Azərbaycan Sərhəd Mühafizəsi öz gələcəyinə nikbinliklə baxır. Bu nikbinlik Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır."
Teqlər: