Nazirlik ağac kəsənləri cəzalandırdı

Nazirlik ağac kəsənləri cəzalandırdı
  18 Avqust 2014    Oxunub:2471
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Nəsimi rayonunda nadir ağacların kəsilməsi ilə bağlı məsələyə müdaxilə edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır, ağacların kəsilməsində günahkarlar cəzalandırılıblar.

Qeyd edək ki, ötən gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məsələyə kəskin reaksiya verib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.

Dövlət nümayəndələri də ərazidə olublar. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

Sevinc


Teqlər:  





Xəbər lenti