Aydın Abbasov silahlı mühafizəçilərindən danışdı

Aydın Abbasov silahlı mühafizəçilərindən danışdı
  18 Avqust 2014    Oxunub:7956
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov nənəsinin yas mərasiminə silahlı mühafizəçilərlə gəlməsi haqda mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.
Millət vəkili AzVision.az-a açıqlamasında bildirib ki, bu məlumatlardan xəbərsizdir və onlar həqiqətə uyğun deyil:

“Mən müxalifət saytlarını oxumuram, bilmirəm onlar nə yazır. Onların yazdıqlarına da inanmıram”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, A.Abbasov nənəsinin Gəncdə şəhərində keçirilən yas mərasiminə silahlı çeçen mühafizəçiləri ilə qatılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti