Nazirlik 14 nəfəri direktor təyin etdi

Nazirlik 14 nəfəri direktor təyin etdi
  18 Avqust 2014    Oxunub:1982
Dövlət Strategiyasına uyğun olaraq, Təhsil Nazirliyi ötən ilin noyabr ayında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlayıb.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) AzVision.az-a verilən məlumata görə, təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir.

Təlimlər zamanı təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təlimlərdən keçmiş 14 nəfəri Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıblar.


Teqlər:





Xəbər lenti