İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  18 Avqust 2014    Oxunub:1235
Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzaiyə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, İlham Əliyevin təbrik məktubunda deyilir:

Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.


Teqlər:





Xəbər lenti