Azərbaycan əsgəri özünü öldürdü

Azərbaycan əsgəri özünü öldürdü
  19 Avqust 2014    Oxunub:2601
Azərbaycanda daha bir əsgər ölümü baş verib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu 18.08.2014-cü il tarixdə saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti