Leyla Əliyeva ilə bağlı MÜRACİƏT edildi
.jpg)
Məlumatda Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki hesabı vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.
Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən AzVision.az-a verilən məlumata görə, xəbərdə istinad olunan "Facebook" sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına "Facebook" sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb. Fond bununla əlaqədar bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: https://www.facebook.com/aliyevaleylaofficial