Heydər Əliyev sarayı yeni mövsümdə

Heydər Əliyev sarayı yeni mövsümdə
  19 Avqust 2014    Oxunub:4117
Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşan Heydər Əliyev Sarayı bu mövsümdə də zəngin proqramla qapılarını tamaşaçıların üzünə açacaq.
Sarayın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu konsert mövsümündə insanlar saray səhnəsindən maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər.

Heydər Əliyev Sarayı yeni konsert mövsümünü sentyabrın 19-da “İSTİ PAYIZIN SƏRİN NƏĞMƏLƏRİ” adlı geniş konsert proqramı ilə açacaq.

Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkənin ən tanınmış sənətçiləri iştirak edəcək.

Konsertdə xalq artistləri, əməkdar artistlər, muğam ustaları, tanınmış müğənnilər və rəqs qrupları iştirak edəcək.

Konsert saat 19:00-da başlayacaq.

Biletlərin qiyməti 10 manatdan – 30 manata qədərdir.

Biletləri şəhərin kassalarından əldə etmək olar.


AzVision.az


Teqlər:





Xəbər lenti