İsti havada işləmək olarmı - Qanun nə deyir?

İsti havada işləmək olarmı - Qanun nə deyir?
  19 Avqust 2014    Oxunub:14984
Artıq bir neçə gündür ki, ölkə ərazisində kəskin istilər müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı xəbərdarlıq etdi

Avqustun 18-dən 20-dək havanın hərarəti 39 dərəcədən 41, bəzi aran bölgələrində isə 43 dərəcəyədək qalxacaq. Ən yüksək temperatur isə ayın 20-də qeydə alınacaq.

Müşahidə edilən isti hava şəraiti günvurmalara səbəb olub. Təcili tibbi yardıma müraciət edənlərin sayı günü-gündən artır. Həkimlər isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görürlər.

Ölkəmizdə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onlar gününən qızmar çağlarında belə yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, beton tökür, tarlada çalışırlar. Temperatur hətta 40 dərəcəyə çatanda da açıq havada işləyənlərə güzəşt edilmir.

AzVision.az xəbər verir ki, Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır:

“İşçilər havanın temperaturu 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. İşçilərə sərinləmək üçün şərait yaradılmalıdır. İşin dayandırılması və fasilələrin verilməsi habelə fasilələrin sayının və müddətini işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti