Azərbaycan Ərdoğanın andiçməsinə dəvət edildi

Azərbaycan Ərdoğanın andiçməsinə dəvət edildi
  19 Avqust 2014    Oxunub:2491
Azərbaycan Rəcəp Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət olunub.

AzVision.az-ın məlmatına görə, Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasiminə bir çox ölkələrin liderləri, baş nazirləri və digər nazirlər dəvət edilib.

Məlumata görə, artıq dəvətnamələr hazırdır. Dəvət olunan ölkələr arasında Azərbaycan, türk respublikaları, Avropa və Orta Şərq dövlətlərinin liderləri də var.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:  





Xəbər lenti