`Məzlumun ahı yerdə qalmır` - Gülər Əhmədova

G. Əhmədova “Allahla başbaşa qalmaq insanda hansı hissləri oyadır?” sualına belə cavab verib: “Allaha baş-başa qalmaq əslində artıq hər bir insan üçün onun həyatının böyük qələbəsidir. Bu o deməkdir ki, bu insan yaradanını və özünü tanıyır. Yaradanını və özünü tanıyan insan məğlubedilməzdir. Çünki Yaradanını tanıyan insan əlindən hər an çıxa biləcək dünyaya və onun nemətlərinə deyil, yaradanına baglıdir. Belə insanların əlindən hər şeyi almaq olar, lakin nəticədə heç nəyi almaq olmaz”.
Qeyd edək ki, sabah G. Əhmədovanın ad günüdür.
Teqlər: