Ana məhbus oğluna telefon vermək istədi

Ana məhbus oğluna telefon vermək istədi
  20 Avqust 2014    Oxunub:1251
2 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.3.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Tural İlham oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Bərdə rayonu, Lək kəndində yaşayan vətəndaş Ceyran Qubad qızı Hüseynovanın üzərinə baxış keçirilən zaman, alt paltarında gizlədilmiş bir ədəd “Nokia C3” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Teqlər:





Xəbər lenti