Müşfiq Əmirov nazirin müşaviri təyin olundu

Müşfiq Əmirov nazirin müşaviri təyin olundu
  20 Avqust 2014    Oxunub:2891
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub.
AzVision.az apa-ya istinadən xəbər verir ki, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.

Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.

M. Əmirov faktı təsdiqləyib.


Teqlər:  





Xəbər lenti