Əli Kərimli hər şeydə pul güdür - Sərdar Cəlaloğlu

Əli Kərimli hər şeydə pul güdür - Sərdar Cəlaloğlu
  20 Avqust 2014    Oxunub:2427
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli maddi maraqları üçün hazırkı vəziyyətdən bəhrələnmək istəyir”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin fikrincə, Əli Kərimli maddi maraqlarını güdərək müxalifətdən uzaq qaçır:

“Əli Kərimlinin rəhbərlik etdiyi məhbusların hüquqlarının müdafiə komitəsi beynəlxalq ictiamiyyətə müraciət edib ki, həbsdə olanların müdafiəsinə maddi yardım etsinlər. Hər şey aydındır ki, bu cür vəziyyətlərdən maddi maraqları üçün istifadə edirlər. Eləcə də başqalarını bu prosesə qoşmamaq üçün digər partiyalarla əməkdaşlıqdan qaçırlar”,- deyə S.Cəlaloğlu vurğulayıb.

Partiya sədri qeyd edib ki, Əli Kərimli bəzi yerlərdə müxalifətin yeganə təmsilçisi, bəzi yerlərdə isə həbs olunanların hamisi statusu qazanmaq istəyir: “Əsas odur ki, burada heç bir siyasi maraq, humanist addım yoxdur. Bu, çirkin yarışdan ancaq maddi gəlir güdürlər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti