`Bu, Azərbaycan qanunlarına hörmətsizlikdir`

`Bu, Azərbaycan qanunlarına hörmətsizlikdir`
  20 Avqust 2014    Oxunub:1222
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu “Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə yaydığı bəyanat ciddi etiraza səbəb olub.
Bununla bağlı etiraz bəyanat qəbul edən “Bələdiyyələrin İnkişafına Yardım ictimai birliyi həmin bəyanatı forumun katibiyinə də göndərib.

Birliyin sədri Niyaməddin Orduxanlının yaydığı bəyanatda deyilir: “6 avqust 2014-cü il tarixdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu “Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyanat yayıb. Həmin bəyanatda Leyla Yunus, Arif Yunus Rəsul Cəfərovun həbslərini Azərbaycan hökümətinin represiyası kimi təqdim edilir və bu, qınalınır. Biz bir birlik olaraq bəyan edirik ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaydığı bu bəyanat birbaşa Azərbaycan qanunlarına olan hörmətsizlikdir və siyasi xarakter daşıyır.

Hazırda adı çəkilən şəxslərin istintaqı gedir və bunlara qarşı olan ittihamlar vətənə xəyanət və vergidən güllü miqdara yayınma maddələridir. İstintaqın getidiyi bir dövrdə belə bir bəyanatla çıxış etmək istintaqa təzyiq xarakteri daşıyır.

Bütün bunlara qəti şəkildə etiraz edirik və VCF tərəfindən müdafiə olunmasını dair etiraz məktubunu qurumun Katibliyinə göndərilməsini məqsədəmüvafiq hesab edirik. Birliyin bəyanatını nəzərdən keçirməyi xahiş edirik”.


Teqlər:  





Xəbər lenti