Prezident Tovuza pul ayırdı

Prezident Tovuza pul ayırdı
  21 Avqust 2014    Oxunub:1326
Prezident İlham Əliyev Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən,
otuz iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti