Nəticələr açıqlandı: 405 şagird liseyə qəbul oldu

Qəbul imtahanında VII sinif üzrə 170, VIII sinif üzrə 151, IX sinif üzrə 84 şagird olmaqla, ümumilikdə 405 şagird iştirak edib. Onlardan 152 nəfər Fizika-riyaziyyat və informatika təmayüllü liseyə, 87 nəfər isə Kimya-biologiya təmayüllü liseyə qəbul olunub.
Qeyd edək ki, bu liseylərdə təhsilalanlar üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.
Qəbul imtahanlarının nəticələrini şagirdlərin imtahan verdikləri liseylərdən öyrənmək mümkündür. İmtahanlardan uğurla keçmiş şagirdlər 21-29 avqust 2014-cü il tarixlərində qeyd olunan təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.
Sevinc İltifatqızı
AzVision.az