Silahlı Qüvvələrimiz təlimlərdə - FOTOLAR

Silahlı Qüvvələrimiz təlimlərdə - FOTOLAR
  23 Avqust 2014    Oxunub:2868
Qoşunların döyüş hazırlığı planına əsasən təlim mərkəzilərində tank əleyhinə bölmələrin şəxsi heyətinin intensiv hazırlığı həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bölmələrin sərəncamında olan mövcud silahlarla yanaşı tank əleyhinə idarə olunan raket komplekslərindən döyüş atışları hazırlığı üzrə taktiki məşqlər aparılır.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsas diqqətin tank əleyhinə bölmələrin şəxsi heyətinin döyüş hazırlığı, qarşılıqlı fəaliyyəti, mənəvi-psixoloji vəziyyəti, zirehli texnikaya qarşı mübarizə üsullarının aparılması məsələlərinə yönəldilməsini tələb edib.

Təlimlərə cəlb olunan şəxsi heyətin nəzəri, praktiki və psixoloji hazırlığı yoxlanılır, düşmənin zirehli texnikasının zəif yerləri, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşıya qoyulan vəzifələrin icra olunması səviyyəsi öyrənilir.

Qalereya




Teqlər:  





Xəbər lenti