DİN 31 nəfəri həbs etdi

DİN 31 nəfəri həbs etdi
  24 Avqust 2014    Oxunub:1428
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 70 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.


Teqlər:



Xəbər lenti