Ebola tarixdə ən böyük epidemiyaya çevrilə bilər | ABŞ-dan XƏBƏRDARLIQ
“Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Hazırkı epidemiya artıq Bundibuqyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük yayılması hesab olunur və qısa müddətdə ən genişmiqyaslı epidemiyalarından birinə çevrilə bilər”, – məlumatda bildirilir.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) rəhbəri Jean Kaseya bildirib ki, Konqo Demokratik Respublikası və Uqandada laborator təsdiqlənmiş Ebola yoluxmalarının sayı 397-yə çatıb. Onun sözlərinə görə, təhlükəli infeksiya nəticəsində azı 63 nəfər həyatını itirib.
Virus hava, su və ya qida vasitəsilə keçməsə belə, Afrika qitəsində geniş yayılması ehtimalı yüksəkdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


