Azər Əsgərov saxlanıldı

Azər Əsgərov saxlanıldı
  24 Avqust 2014    Oxunub:3934
AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov saxlanılaraq polisə aparılıb.

AzVision.az-ın məlumatına görə, bu barədə musavat.com-a onun yaxınları məlumat verib. Xəbərdə bildirilir ki, A.Əsgərov günorta saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb və 18-ci polis bölməsinə aparılıb.

A.Əsgərov polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra Nərimanov rayon Məhkəməsinə aparılıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü haqda hələlik məlumat yoxdur.


Teqlər:





Xəbər lenti