Xədicə İsmayılla Günel Mövludun davası - QALMAQAL

Xədicə İsmayılla Günel Mövludun davası - QALMAQAL
  25 Avqust 2014    Oxunub:7522
"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl bu dəfə yazar Günel Mövludla dava edir.
Son vaxtlar qalmaqallara meyl edən X.İsmayıl facebook statusunda Günel Mövludun rəhbəri olduğu meydan.tv layihəsində dərc olunan yazar Əli Əkbərin "Qrantyeyənlər" yazısına dəstək verməsindən hiddətlənib və belə bir status yazıb:

"Həbsdə olan vicdanlı adamlara atılan şərə dəstək verənləri daha dost adlandıra bilmərəm. Gunel Mövlud, buna haqq qazandıracaqsansa, sənə də dost deməyəcəyəm. Bu da bir çevrilmiş səhifə".

Günel Mövlud isə ona belə cavab verib : "Belə məsələlər dostluq və ya düşmənçiliklə deyil, arqumentlər, faktlar, nəticələrlə hell edilir. Əli Əkbər yazı yazıb, sual verib. Həbs edilməklərinə haqq qazandırmayıb. Qazandırıbsa o cumləni deyin. Amma yoxdur ele bir cumlə. Dəstəkləməyə gəlincə, ona inanan minlərlə insaıi aldadıb gəlməyən Rüstəm İbrahimbəyovu, hakimiyyətdən aldığı pullarla Milli KItab Mukafatı keçirib, müxalifətin 15 ildir hakimiyyəti sərt tənqid edən yazarını oğurlayıb susduran Nigar Köçərlini , Anarın əlbuyruqçusu, özüne hakimiyyətdən mümkün olan her sşeyi almış Qəşəm Nəcəfzadəni dəstəkləmək daha yaxşıdı? Sən bu adamları dəstəkləmisən. Sənə hörmətimiz var. Dəyərli iş görürsən. Amma arı pətəyində ana arı rolunu oynamağı sənə yaraşdırdımıram".

Bu arada Erkin Qədirli də statusa belə bir şərh yazıb: "İndi, gördünüz, mən heç kimi elə-belə blok eləmirəm? Məni qınayırdınız bunları və bunlar kimilərini blok edəndə. Elə bilirdiniz mən bloku şəxsi münasibət kimi edirəm? Adamları sözündən tanıyanam. Xeyli öncədən görə bilirəm kimin haraya tərəqqi etdiyini. Eh, nə isə..."

Ahmed Mukhtar adlı istifadəçi isə yazının müəllifi Əli Əkbərin Mir Cəlal Paşayevin yazısını qrant layihəsi əsasında tərcümə etdiyini bildirib.

Günel Mövlud: "Eli Ekber Mir celal Pashayevi tercume elediyini iyirimi defe ozu metbuata deyib. Tercume edib, qonorarini alib. Halal zehmet chekib, pulunu qazanib. Insanlara yalan danishmayib. Dushukluk elemeyin".

Xədicə İsmayıl isə Günel Mövluda belə cavab verib: "Gunel Movlud, nə Rüstəm İbrahimbəyova, nə də Qəşəm Nəcəfzadəyə dəstək verdiyim barədə bir sübut tapa bilməzsən. Nigar Köçərli rəfiqəmdir, rüşvət vermədən işləyir. Hərçənd ki, özünə və biznesinə olan basqıılara Əli Əkbərdən də, səndən də daha ciddi sinə gərib, yenə də, ona mənim dəstəyim gərək deyil, ziyanı daha çox olar deyə dəstək vermirəm.

Qəşəm Nəcəfzadə kimdir, by the way ? )))) Gunel Movlud, bəlkə aydın olsun deyə, müqayisə edim. Burda sənin və Əli Əkbərin etdiyi o gün Fəxri Hacıbəyli ilə Zamiq Məmmədlinin etdiyindən bəlkə böhtanın masştabı və ifadə tərzi ilə fərqlənir, mahiyyətcə eynidir". (musavat.com)


Teqlər:  





Xəbər lenti