Biləsuvarda `jurnalist` həbs edildi

Biləsuvarda `jurnalist` həbs edildi
  25 Avqust 2014    Oxunub:1392
Biləsuvar rayonunda dələdüzluqla məşğul olan "jurnalist" saxlanılıb.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı jurnalist yaxalanıb. Məlum olub ki, əslən Yardımlı rayonundan olan Bakı şəhərində yaşayan 1967-ci il təvəllüdlü Abbaszadə Fikrət Şükürağa oğlu müxtəlif vaxtlarda Biləsuvar eləcə də digər qonşu rayonlarda vətəndaşları aldadaraq işə düzəltmək, pozulmuş hüquqların bərpa etmək və boşanmış ailələrə hüquqi yardım göstərmək adı altında onlardan müxtəlif vaxtlarda pul alaraq mənimsəyib. Lakin onun törətdiyi cinayət əməllərinin üstü Biləsuvar sakininin polisə mürüciətindən sonra açılıb.

Saxlanılarkən Fikrət Abbaszadənin üzərində qəzetlərdən birində müxbir kimi çalışması, eləcə də insan hüqüqlarının müdafiəsi ilə bağlı təşkilatlarıdan birinin əməkdaşı olmasına aid vəsiqə də olub. Saxlanılan "jurnalist" dindirilmə zamanı törətdiyi son cinayət əməlinə maraqlı don geyindirməyə də çalışıb.

Qeyd edək ki, Fikrət Abbaszadə əvvəllər də törətdiyi eyni cinayət əməlinə görə 4 il məhkumluq həyatı yaşayıb. Onun oxşar əməllərindən zərər çəkən şəxslərin Biləsuvar rayon Polis şöbəsinə müraciət etmələri xahiş olunur.(ans)


Teqlər:





Xəbər lenti