“ASAN təlimlər” davam edir

“ASAN təlimlər” davam edir
  25 Avqust 2014    Oxunub:1478
“ASAN AKADEMİYA”-nın təlimlərinin ikinci mərhələsinə start verilib
“ASAN Könüllüləri” Gənclər Təşkilatının həyata keçirdiyi , yayın ən öyrədici layihələrindən biri olan “ASAN AKADEMİYA”-nın təlimlərinin ikinci mərhələsinə start verilib. Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində öz sahəsi üzrə ölkənin ən tanınmış mütəxəssisləri olan Orxan Oruczadə və Fariz Cəfərov tərəfindən iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik üzrə təlimlər keçirilir. Ümumilikdə 2 ay davam edəcək layihəyə müraciət etmiş 437 nəfərdən 50-i seçilərək təlimlərdə iştirak haqqı qazanıb.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.


Teqlər:





Xəbər lenti