Toyda mahnı üstündə dava düşdü

Toyda mahnı üstündə dava düşdü
  25 Avqust 2014    Oxunub:1621
Bakının Yasamal rayonu ərazisində toyda dava düşüb.
AzVision.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsindən anspress-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında rayon ərazisindəki restoranalrın birində qeydə alınıb. Dava zamanı bir neçə nəfər yüngül xəsarət alıb.

Dava iştirakçıları polis tərəfindən bölməyə gətirilərək izahatları alınıb.

Toyda baş verən davanın səbəbinə gəlincə, hadisə şahidlərinin verdikləri məlumata görə, hər şey içkinin təsirindən olub.

Belə ki, toyun sonlarına yaxın musiqi sifarişi üstündə mübahisə yaranıb. Bəyin qohumlarından biri xüsusi musiqi sifariş edib və tək rəqs edəcəyini bildirib. Lakin musiqi səslənən vaxt digər qonaqlar da rəqsə qoşulub. Bu zaman musiqi sifariş verən qohum mikrofonu əlinə götürərək həmin şəxsləri təhqir etməyə başlayıb. Nəticədə dava düşüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti