Ağır çəkili qadın nazirliyi işə saldı

Ağır çəkili qadın nazirliyi işə saldı
  25 Avqust 2014    Oxunub:2097
Ağır çəkili qadına görə xüsusi əməliyyat
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhərində yaşadığı mənzildə xəstə vəziyyətdə olan 1949-cu il təvəllüdlü qadının xəstəxanaya aparılması üçün xilasedici köməyinə ehtiyac yaranıb.

Xilasedicilər ağır çəkili qadını beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildən xərəkdə endirərək Təcili Tibbi Yardım Stansiyasının avtomobilinə yerləşdirmişlər. Xilasetmə əməliyyatı saat 10:06-da başa çatıb.


Teqlər:





Xəbər lenti