Sabah 38 dərəcə isti olacaq

Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, avqustun 30-dək Abşeron yarımadasında isti temperatur diskomfortu, zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında açıq havada uzun müddət qalmaq məsləhət deyil.