Hərbçilərimiz qəzaya düşdü: 2 ölü, 3 yaralı

“VAZ-2109” və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 2109” markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyalarını dəyişiblər.
“VAZ-2109”un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
"Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.
Milli.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslərin hər ikisi hərbçidir.
Teqlər: