Prezident Polşa səfiri ilə görüşdü

Prezident Polşa səfiri ilə görüşdü
  25 Avqust 2014    Oxunub:1172
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Labendanı qəbul edib.
AzVision.az xəbər verir ki, görüş səfirin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar baş tutub.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti