Xədicə İsmayıl bu dəfə “Yeni Müsavat”a sataşdı

Xədicə İsmayıl bu dəfə “Yeni Müsavat”a sataşdı
  25 Avqust 2014    Oxunub:2028
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl ətrafında qalmaqal səngimək bilmir. Son günlər yazar Günel Mövlud və Əli Əkbərlə söz duelinə çıxan X.İsmayıl bu dəfə “Yeni Müsavat” qəzetinə sataşıb.
AzVision.az xəbər verir ki, X.İsmayıl Facebook səhifəsində “Yeni Müsavat” qəzetini ucuz qalmaqal yaratmaqda ittiham edib:

“Yeni Müsavatdan zəng eləmişdilər. Əli Əkbərə cavab verməyimi istəyirdilər. Dedim onunla mükaliməyə girmirəm. Layiq saymıram. Hər şey bir tərəfə, ciddi mövzulardan, hökumətdən yaza bilməyən qəzetlərin belə ucuz qalmaqalla səhifə doldurması da təbiidir”.

Qeyd edək ki, son vaxtlar qalmaqallara meyl edən X.İsmayıl facebook statusunda Günel Mövludun rəhbəri olduğu meydan.tv layihəsində yazar Əli Əkbərin "Qrantyeyənlər" yazısına dəstək verməsindən hiddətlənib və belə bir status yazmışdı:

"Həbsdə olan vicdanlı adamlara atılan şərə dəstək verənləri daha dost adlandıra bilmərəm. Gunel Mövlud, buna haqq qazandıracaqsansa, sənə də dost deməyəcəyəm. Bu da bir çevrilmiş səhifə".

X,İsmayılın bu statusu tərəflər arasında gərginliyi daha da artırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti