YAP-dan Sarkisyana görə Ərdoğana irad

YAP-dan Sarkisyana görə Ərdoğana irad
  25 Avqust 2014    Oxunub:2321
Millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən inaqurasiya mərasiminə dəvət edilməsinə münasibət bildirib.

AzVision.az-ın xəbərinə görə, millət vəkili bu barədə özünün "facebook" hesabında "Türkiyə, bu sənə nə verəcək?" adlı status paylaşıb.

Millət vəkili bildirib ki, qardaş, dost Türkiyədə bu günlərdə keçirilən prezident seçkiləri və ondan sonrakı proseslər hələ də dünya mətbuatının diqqətindədir:

`Dünyanın nüfuzlu ölkələrinin birinin atacağı addımlar, yeridəcəyi siyasətdən regionda və dünyada gedən proseslərin axarı çox asılıdır. Bu baxımdan, Türkiyəyə diqqət bütün ölkələrin xarici siyasətinin əsas xətlərindən biri olmaqdadır.

Avqustun axırına planlaşdırılan inaqurasiyaya artıq 50 -dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir. Ancaq bu gün yayılan xəbər Türkiyə dostlarını çaşdırıb. Belə ki, ölkə rəhbərliyi inaqurasiyaya Ermənistan prezidenti Serj Sarkisyanı da dəvət edib. Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil.

Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət abidələrində Osmanlıya və Türkiyəyə qarşı olmasın ittihamlar irəli sürür. Elə S. Sarkisyan da Türkiyəyə sevgisini bir sıra antitürk bəyanatları ilə ortaya qoyub.

İndi Türkiyə Ermənistan rəhbərini inaqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyil. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələr olmayan ölkələrin nümüyəndələrinin dövlət içi tədbirlərə dəvət edilmə praktikası yoxdur. İnaqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyil. Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk "təbrik" edənlərdən oldu. Moskvada erməni əsilli Rusiya vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfəngi ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb. Verilən məlumata görə hər iki güllə hədəfə çatıb".


Teqlər:  





Xəbər lenti