“Yeni Müsavat” Xədicə İsmayılın cavabını verdi

“Yeni Müsavat” Xədicə İsmayılın cavabını verdi
  25 Avqust 2014    Oxunub:4519
“Yeni Müsavat” qəzeti “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın ittihamlarına cavab verib.
“Yeni Müsavatdan zəng eləmişdilər. Əli Əkbərə cavab verməyimi istəyirdilər. Dedim onunla mükaliməyə girmirəm. Layiq saymıram. Hər şey bir tərəfə, ciddi mövzulardan, hökumətdən yaza bilməyən qəzetlərin belə ucuz qalmaqalla səhifə doldurması da təbiidir”-deyə X.İsmayılın səsləndirdiyi fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan əsassız hesab edib.

AzVision.az-a açıqlamasında A.Ayxan Xədicə İsmayılın “Yeni Müsavat” qəzetinə qarşı qəzərli olduğunu deyib:

“Bu adam “Yeni Müsavat”a qarşı o qədər qərəzlidir ki, o qərəz imkan vermir ki, Xədicə İsmayılla bizim real və yaxud virtual bir fikir dartışmamız olsun. Ona görə də, mən Xədicə İsmayılın fikirlərini şərh etmək istəmirəm”.

Qeyd edək ki, son günlər Xədicə İsmayıl ətrafında qalmaqallar səngimək bilmir. O, bir vaxtlar dost münasibətlərində olduğunu Günel Mövlud və Əli Əkbərlə söz duelinə çıxıb. Facebook səhifəsində qrant davasına çıxan tərəflər bir-birlərinin ünvanına sərt ifadələr işlədiblər.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti