Polis silah ələ keçirdi

Polis silah ələ keçirdi
  26 Avqust 2014    Oxunub:1968
Azərbaycanda bir nəfərdən ov tüfəngi götürülüb, digəri isə tapdığı tüfəngi polisə təhvil verib.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Sübhan Ədilovdan müvafiq sənədləri olmayan "TOZ-34" markalı ov tüfəngi götürülüb.

Ordubad rayonunun Tivi kənd sakini Zaur Məmmədov isə tapdığı nömrəsi silinmiş ov tüvəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Hər iki fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti