Prezident və xanımı açılışlar etdilər - FOTOLAR

Prezident və xanımı açılışlar etdilər - FOTOLAR
  26 Avqust 2014    Oxunub:2745
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış ediblər.

Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış olublar, burada nümayiş etdirilən xalçalara baxıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Dövlət başçısı və xanımı bu gün həmçinin Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış oldular.

Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti