Millət vəkili generaldan yazdı

Millət vəkili generaldan yazdı
  26 Avqust 2014    Oxunub:2044
“Mən heç vaxt məmurlardan hər hansı biri haqda tərif-filan söyləməmişəm. Amma, bu, o anlama gəlmir ki, tərifə layiq məmurlarımız yoxdur. Sadəcə olaraq, hər dəfə sözlərimin başqa səmtə yozulmasından ehtiyat etmişəm. Amma bu gün kimin necə başa düşməsi və yozmasını düşünmədən Həsən Şirinov haqda bəzi fikirlərimi paylaşmaq istərdim”.
Bu sözləri millət vəkili, jurnalist Etibar Hüseynov özünün facebook səhifəsində yazıb. “Mənim aləmimdə Həsən Şirinov Ulu Öndər Heydər Əliyevi ən səmimi, hətta deyərdim ki, fanatikcəsinə sevən bir şəxsdir. Əlbəttə, Vətənimizi və xalqımızı xilas edən Ulu öndəri sevməsi onun vətənpərvərliyindən irəli gəlir. Bir mənzrənin dəfələrlə şahidi olmuşam. Özgə vaxt zəhmi insanı basan Həsən Şirinov bəziləri kimi TV kameraları önündə deyil, ən məhdud çərçivədə Heydər Əliyev haqqında danışanda qəhərlənir, gözləri dolur, o boyda adam kövrəlib yumağa dönür. Üstündən bir neçə il keçməsinə baxmayaraq, bu gün də belədir”,- deyə deputat qeyd edib.

Etibar Hüseynov bildirib ki, son zamanlar KİV-lərdə Həsən Şirinov barəsində yayılan qeyri-obyektiv, xoşagəlməz yazıları ürək ağrısı ilə oxuyub: “Ona görə ki, o, buna qətiyyən layiq deyildi! Bizi bu narahatlıqlardan xilas etdiyinə görə cənab Prezidentimizə minnətdarıq. Sizə uğurlar, cənab general! Yolunuz həmişə açıq olsun!”


Teqlər:



Xəbər lenti