Azərbaycanlı sərnişin İrəvanı bir-birinə qatdı

Azərbaycanlı sərnişin İrəvanı bir-birinə qatdı
  26 Avqust 2014    Oxunub:3697
Dubaydan Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda təcili eniş edib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Təyyarənin təcili eniş etməsinə səbəb onun göyərtəsində olan içkili sərnişinlərdən birinin digərlərinə söz atması və ucadan danışması olub.

İçkili sərnişinə görə təyyarə Bakı vaxtilə 06:00-da İrəvan Hava Limanına enib.

“Təyyarə İrəvan hava Limanında 2,5 saat qaldı, təyyarə pilotları həmin sərnişini yerli polisə təhvil vermək istəyirdilər. Sonradan onun Azərbaycan vətəndaşı olduğu məlum oldu. Erməni tərəfi onu qəbul etməkdən imtina etdi. Hava limanına gələn həkimlər sərnişinə sakitləşdirici iynə vurdular və həmin şəxs yatdı. Azərbaycan vətəndaşı ilə birgə təyyarə Moskvaya uçdu. Hava limanında həmin şəxsi Rusiya polisi saxladı” – deyə, hadisə şahidləri bildiriblər.

Qeyd edək ki, Dubaydan Rusiyanın paytaxtına uçan təyyarə 3 saat geçikmə ilə hava limanına çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti