“Arzuladığımız Dünyanı İnnovativ Gələcəklə Quraq” (“Create Innovative Future – Reshape the World”) şüarı altında keçirilən forum 14 ölkədən olan 70 gənci Gəncə şəhərinə toplamışdı.
20 avqustda Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Andorra Respublikasının ilk baş naziri cənab Oskar Ribas Reiq ilə dəyirmi masa keçiriblər. Görüş zamanı xarici qonaqlara Gəncə şəhəri haqqında ətraflı məlumat verilib.
21 avqustda “Ramada Hotel”in konfrans zalında “Gəncə’14” forumunun rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin sədri xanım Milana İbrahimova, Təşkilat Komitəsinin həmsədri Tayfun Qüdrətli və üzvü Məhəmməd İbrahimov, Avropa Gənclər Parlamentinin Regional İnkişaf Şurasının üzvü, Prinston Universitetinin fəxri doktoru - Dr. Alan Flovers və forumun Prezidenti Koka Kapanadze çıxış edərək foruma müvəffəqiyyətlər və gənclərə uğurlar arzu ediblər.
22 avqustda forum iştirakçıları 6 komitəyə bölünərək bütün Avropa məkanında gündəmdə olan problemlərini araşdırıb qətnamələr hazırlayıblar.
23 avqustda Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin konfrans zalında layihə çərçivəsində Baş Assambleya keçirilib.
Baş Assambleyanın yekununda təqdim edilmiş 6 qətnamənin hər biri qəbul olunub. Qəbul olunmuş qətnamələr arasında ən çox səs toplayan isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanda 2013-ci ildən fəaliyyət göstərən və vətəndaşlara xidmət sahəsində innovativ dövlət qurumu olan “ASAN Xidmət” modelini təbliğ edən qətnamədir.







Vaxtında, Aydın, Lazımlı!


