Qardaşı şeyxə ad günündə nə hədiyyə etdi?
“Hazırda Bakıda deyiləm. Amma öz diləklərimi, arzularımı qardaşım Şeyxə çatdırdım. Mən ona can sağlığı arzulayıram. Ailə başçısı və böyüyümüz kimi Allah onu başımızın üstündən əskik etməsin deyirəm”.
C.Paşazadə şeyxə doğum günü münasibəti ilə bu il xüsusi hədiyyə almadığını bildirib. Onun sözlərinə görə, Allahşükür Paşazadə üçün ən gözəl hədiyyə xoş sözlərdir.
“Onun üçün doğum günü hədiyyəsi xoş sözlərdir. Ailəmizin möhkəmliyi və sağlamlığıdır. Bundan artıq nə istəyər ki?! Hədiyyə önəmli deyil. Bizim sağlamlığımız, varlığımız bir- birimiz üçün elə hədiyyədir”,-deyə deputat qeyd edib.
Şəhanə Rəhimli







Vaxtında, Aydın, Lazımlı!


