Məmmədyarov yeni səfirlə görüşdü

Məmmədyarov yeni səfirlə görüşdü
  26 Avqust 2014    Oxunub:1488
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, V. Lastauskas etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

E. Məmmədyarov V. Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanla Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Öz növbəsində V. Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.


Teqlər:  



Xəbər lenti